Məşhur məşqçi Bakıdadır

FİFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Bakıya gəlib.

Fransalı mütəxəssis sabah başlayacaq 15 yaşadək futbolçular arasında Dünya Çempionatının açılşında və Festivalda iştirak edəcək.

Arsen Venger bur gün Hövsan Yarış Kompleksində olub, idman qurğusunda görülən işlərə baxıb.

Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində keçiriləcək. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə 4000-ə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılır.

77 yaşlı Arsen Venger İngiltərənin "Arsenal" komandasının sabiq baş məşqçisidir.