Türkiyənin Zonquldağ vilayətində yerləşən mədənlərin birində partlayış başç verib.
Bu barədə “Haber 7” məlumat yayıb.
Məlumata görə, bədbəxt hadisə Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində yerləşən özəl mədən ocağında metan qazının sızması nəticəsində baş verib.
Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. İki yaralının vəziyyəti ağırdır
Partlayışdan sonra hadisə yerinə çox sayda polis və təcili tibbi yardım dəsətləri səfərbər olunub.