"Araz-Naxçıvan" Misli premyer-liqasının 9-cu turunda Şamaxı şəhər stadionunda "Qəbələ"yə uduzdu - 1:2.
"qırmızı-ağlar"ın baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfrasansında jurnalistlərin suallarını cavablandırdı.
- Qolları rəqibə hədiyyə etdik. Özümüz isə çətinliklə qol vururuq. Futbolçular çalışırlar. Amma ustalıq səviyyəsi çatışmır.
- Yaxşı nəticələr qazanmaq üçün nələri dəyişmək lazımdı?
- Hazırkı vəziyyətdə nəyisə dəyişmək çətindi.
- Bir çox futbolçu fərqli mövqedə oynayır. Bunun səbəbi nədi?
- Heyətdə itkilər mövcuddu. Zədəli və cəzalı futbolçularımız var. Buna görə oyunçuların yerlərini dəyişirik.
- Komandanı siz yığmamısız. Heyətdən nə dərəcədə razısız?
- Oynamağa davam edəcəyik. Görək, necə olacaq. Sadəcə, belə səhvlərə yol vermək olmaz. Hər oyunda asan qollar buraxırıq.