Dubaydan Moskvaya uçan dünyanın ən böyük sərnişin təyyarəsi A380 təhlükəsizlik məhdudiyyətləri səbəbindən Moskvanın Domodedovo hava limanına enə bilməyib.
Bu barədə TASS məlumat yayıb.
"Təyyarə hazırda Penza bölgəsində dövrə vurur, Moskva hava limanlarında fəaliyyətin bərpa olunmasını və ya alternativ aerodroma yönləndirmə qərarını gözləyir”, - deyə bildirilib.