Britaniya Rusiyanın təhdidlərinə HAZIRLIQ GÖRÜR: Hər evdə 3 günlük ehtiyat olmalıdır

Böyük Britaniya hakimiyyəti vətəndaşları fövqəladə vəziyyətlərə hazır olmaq üçün üç günə, yəni 72 saata kifayət edəcək su, uzun müddət saxlanıla bilən ərzaq və dərman ehtiyatı toplamağa çağırıb.

Bu barədə “The Guardian” yazıb.

Nəşrin məlumatına görə, bu məqsədlə “Hazır olun” adlı yeni kampaniyaya start verilib.

Kampaniyanın məqsədi iqlim böhranının nəticələri, texnologiyalardan asılılıq və düşmən dövlətlərdən qaynaqlanan təhdidlər fonunda əhalini mümkün fövqəladə vəziyyətlərə hazırlamaqdır.

Böyük Britaniyanın müdafiə naziri Stritinq bildirib ki, ölkə həmçinin Rusiya və ya digər düşmən dövlətlər tərəfindən gündəlik həyat üçün vacib infrastruktura qarşı yönələ biləcək “dövlət terrorizmi” təhlükəsinə hazırlaşmalıdır.