Ucar rayonunda I Çəltik Festivalı keçirilir.
Bu gün günorta saatlarında baş tutacaq festivalda Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov, Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov eləcə də nazirliyin tabeliyində olan qurumların nümayəndələri , kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlər və fermerlər iştirak edir.
Artıq rayonda festivalla bağlı hazırlıq tədbirləri yekunlaşıb.
Düyü festivalının sonunda rayon sakinlərinə yerli düyüdən hazırlanmış aş(plov) təqdim olunacaq.
Qeyd edək ki,yerli mediada və sosial şəbəkələrdə Ucar rayonu ərazisində yerləşən çəltik sahələrinin rayonun icra başçısı Mənsur Məmmədova məxsus olduğu yazılır.
Sözügedən festivalın da məhz bu səpkidə keçirildiyi qeyd olunur.
Mənsur Məmmədov uzun müddətdir ki,rayona başçılıq edir.Onun sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı da olduğu yazılır.