Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb

Böyük Qayıdış çərçivəsində Xocavənd və Ağdərə rayonlarının 5 yaşayış məntəqəsinə daha 42 ailə (163 nəfər) yola salınıb.

Report-a istinadən, Xocavənd şəhəri, rayonun Quzeyxırman, Xocavənd kəndləri və Hdrut qəsəbəsinə, həmçinin Ağdərə rayonunun Heyvalı kəndinə növbəti qayıdış baş tutub.

Bu mərhələdə Xocavənd şəhərinə 24 (86 nəfər), Quzeyxırmana 11 (53 nəfər), Xocavəndə 3 (11 nəfər), Hadrut qəsəbəsinə 2 (6 nəfər), Ağdərə rayonunun Heyvalıya isə 2 ailə (7 nəfər) köçürülüb.

Qalereya