"Bitcoin"in qiyməti 82 min dollardan aşağı enib

Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. “Bitcoin”, “Ethereum” və “XRP” ucuzlaşsa da, BNB və “Zcash” bahalaşıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,93% azalaraq 81 774 ABŞ dollarına düşüb. Kriptovalyuta son 7 gündə də 0,25% ucuzlaşıb.

“Ethereum” 1,21% ucuzlaşaraq 2 403,50 dollara, “XRP” 1,21% azalaraq 1,32 dollara enib. BNB isə 0,65% bahalaşaraq 742,78 dollara, “Zcash” 2,61% ucuzlaşaraq 1 229,34 dollara düşüb.

“Solana”nın qiyməti son sutkada 0,19% azalaraq 104,35 dollara, “Monero”nun qiyməti isə 6,63% geriləyərək 608,91 dollara enib. “Dogecoin” 0,01% ucuzlaşaraq 0,07986 dollar təşkil edib. “Hyperliquid”in qiyməti də 0,64% azalaraq 78,27 dollara düşüb.

“Tether”in qiyməti 0,04% azalaraq 0,9985 dollar, “USDC”nin qiyməti isə dəyişməyərək 0,9998 dollar olub.