"Tədqiqatlar göstərdi ki, kənd təsərrüfatına ildə 500 milyon manat vəsait qoymaqla orta perspektivdə əsas məhsullar üzrə 5-7% və ondan da artıq artıma nail olmaq olar. Artıq büdcə vasitəsilə Azərbaycanın kənd təsərrüfatına 1 milyard manatdan çox vəsait yönəldilir. Amma hələlik bizdə iqtisadi artım potensialımızdan xeyli dərəcədə aşağıdır".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sahə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, alternativ mənbələrdən istifadə olunmalıdır:
"Həmin alternativ mənbələrdən biri aqrar sənaye bankının yaradılması ola bilər. Orda aşağı faizlərlə, əlverişli şərtlərlə kənd təsərrüfatını kreditləşdirməsi mümkündür. Azərbaycanda Dövlət Neft Fondunun imkanlarından istifadə etməklə 500 milyon manatı həmin bankın ilkin kapitalı kimi ayırmaq olar. Bu vəsaiti nəzarət mexanizmi altında, əlverişli şərtlərlə kənd təsərrüfatına yönəltməklə, proqramın nəzərdə tutduğu 4 il ərzində ölkədə böyük məhsul bolluğu yaratmaq və bir sıra problemləri qısa müddətdə aradan qaldırmaq mümkündür”.
Günay Şahmar, Bizim.Media