Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində qarışıq dinamika müşahidə olunub. “Bitcoin”, “Ethereum” və “XRP” ucuzlaşsa da, BNB və “Zcash” bahalaşıb.
“CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,93% azalaraq 81 774 ABŞ dollarına düşüb. Kriptovalyuta son 7 gündə də 0,25% ucuzlaşıb.
“Ethereum” 1,21% ucuzlaşaraq 2 403,50 dollara, “XRP” 1,21% azalaraq 1,32 dollara enib. BNB isə 0,65% bahalaşaraq 742,78 dollara, “Zcash” 2,61% ucuzlaşaraq 1 229,34 dollara düşüb.
“Solana”nın qiyməti son sutkada 0,19% azalaraq 104,35 dollara, “Monero”nun qiyməti isə 6,63% geriləyərək 608,91 dollara enib. “Dogecoin” 0,01% ucuzlaşaraq 0,07986 dollar təşkil edib. “Hyperliquid”in qiyməti də 0,64% azalaraq 78,27 dollara düşüb.
“Tether”in qiyməti 0,04% azalaraq 0,9985 dollar, “USDC”nin qiyməti isə dəyişməyərək 0,9998 dollar olub.