İqtisadi fəaliyyətin bir istiqamətinə əlavə 700 milyon manat ayrılacaq

Azərbaycanda 2027-ci ildə iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərə dövlət büdcəsindən 2 milyard 18 milyon 349 min 771 manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 707 milyon 558 min 967 manat və ya təxminən 54 faiz çoxdur.