Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar raundu noyabrın əvvəlində Əbu-Dabidə keçiriləcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, tərəflər Rusiya və Ukraynanın təhlükəsizliyi, eləcə də mümkün sülh yolu ilə nizamlanma ilə bağlı məsələləri müzakirə edəcəklər:
“Həm Rusiyanın, həm də Ukraynanın təhlükəsizliklə bağlı narahatlıqlarının müzakirə olunacağı danışıqlar noyabrın ilk yarısında, üçtərəfli formatda Əbu-Dabidə keçiriləcək”.
Avropa tərəflərinin mümkün iştirakına gəldikdə isə o qeyd edib ki, gələcək üçün heç bir ehtimalı istisna etmək olmaz, lakin hazırkı müzakirələr sırf üçtərəfli xarakter daşıyır.