“Ukrayna Prezidenti Volodimir Zelenski həqiqətən sülh istəyirsə, bunun üçün konkret addımlar atmalıdır”.
Bunu Ukrayna liderinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.
“Zelenski sülh istədiyini bəyan etsə də, buna nail olmaq üçün ata biləcəyi addımlar barədə danışmır. İlk növbədə, 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə danışıqları qadağan edən fərman ləğv edilməlidir. İkinci addım kimi, Zelenski prezident seçkilərinin keçirilməsi üçün zəruri qanunvericilik dəyişikliklərini başlada bilər”, - o qeyd edib.
Mendel vurğulayıb ki, Ali Rada Ukrayna Prezidentinin tələb etdiyi atəşkəs rejimi tətbiq edilmədən də müvafiq dəyişikliklərə səs verə bilər:
“İstefaya getmək və səlahiyyətləri Ali Radanın sədrinə təhvil vermək. Korrupsiya qalmaqalları, Zelenskinin legitimliyi ilə bağlı mübahisələr və cəmiyyətdəki dərin fikir ayrılıqları fonunda bu addım danışıqlara yol aça bilər”.