“ABŞ son üç il ərzində Amerika xalqının vergiləri hesabına İsrailin raketdən müdafiəsinə 11 milyard dollar xərcləyib”.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“Əslində, ABŞ İsraili müdafiə etmək üçün İsrailin özündən daha çox sayda raket buraxıb”, - nazir bildirib.
Əraqçi iddia edib ki, bu, qarşılıqlı maraqlara əsaslanan yox, birtərəfli münasibətdir.