Aşqabadda "OGT 2026" konfrans və sərgisinin sonuncu günü keçirilir (FOTO)

Aşqabad. Trend:

Aşqabadda “Türkmənistanın neft və qazı” (OGT 2026) adlı 31-ci Beynəlxalq Konfrans və Sərginin sonuncu günü keçirilir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu gün iştirakçılar metan emissiyalarının azaldılması, ekoloji və enerji səmərəliliyinin artırılması, eləcə də balanslaşdırılmış və dayanıqlı enerji gələcəyinin təmin olunmasında təbii qazın rolu ilə bağlı məsələləri müzakirə edirlər.

Sessiyalardan biri metan emissiyalarının azaldılması sahəsində beynəlxalq əməkdaşlığa, enerji sektorunun səmərəliliyinin artırılması üçün həllərin tətbiqinə və dayanıqlı energetikanın inkişafına həsr olunub.

İştirakçılar istixana qazı emissiyalarının azaldılmasına və neft-qaz sənayesinin ekoloji göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş təcrübə və texnologiyaların beynəlxalq mübadiləsi imkanlarını nəzərdən keçirirlər. Bununla yanaşı, balanslaşdırılmış enerji sisteminin formalaşdırılmasında təbii qazın rolu müzakirə olunur.