Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi bir neçə obyektdə əsaslı təmir, yenidənqurma və bərpa işlərinin aparılması ilə bağlı satınalma həyata keçirib.
Işlərə FHN-in İdman-Sağlamlıq Klubunun və Gəncə Regional Mərkəzinin əsaslı təmiri, həmçinin Mülki müdafiə qoşunlarının Lənkəran rayonunda yerləşən alayında yenidənqurma və bərpa işləri daxildir.
Satınalma üzrə “Azəri Biznes” MMC ilə müqavilə bağlanıb.
Müqavilənin dəyəri 3 480 889,04 manat təşkil edir.