ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib.

O məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib.

Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən sayca 58-ci olan Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi "Hold me" mahnısı ilə təmsil edərək 234 xalla ikinci yeri tutub.

Həmin görüntüləri təqdim edirik: