Yunanıstan parlamenti 15 yaşından kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib.
"Reuters" agentliyinə istinadən, qərar sosial şəbəkələrin yetkinlik yaşına çatmayanlar şəxslərin sağlamlığına və təhlükəsizliyinə təsiri ilə bağlı artan narahatlıq fonunda qəbul edilib.
Məlumata görə, yeni məhdudiyyətlər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, platformaların istifadəçilərin yaşını yoxlamaq mexanizmini hazırlamaq üçün iki ay yarım vaxtı var.
Yunanıstan Avropa Komissiyası ilə birlikdə istifadəçilərin yaşını yoxlamaq üçün vahid həll yolu yaradan yeddi Avropa İttifaqı ölkəsindən biridir. Hakimiyyət orqanları məhdudiyyətlərin zəruriliyini uşaqları yuxuya, diqqətin cəmlənməsinə və sosiallaşmaya mənfi təsir göstərən sosial şəbəkələrin həddindən artıq istifadəsindən qorumaq istəyi ilə izah edirlər.
Qeyd edək ki, Avstraliya belə bir qanun qəbul edən ilk ölkə olub. Fransada oxşar təşəbbüsü parlament təsdiqləsə də, avqust ayında ölkənin Konstitusiya Şurası onu ləğv edib.