UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurdu

Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə başa vurub.

Bu, UEFA Avropa Liqasının əsas mərhələsinin III turunun oyunlarından sonra bəlli olub.

İsrailin "Hapoel" (Beer-Şeva) klubu Belçikada "Yunion"a dörd cavabsız topla uduzub. Bu nəticədən sonra İsrailin Azərbaycanı keçə bilməyəcəyi dəqiqləşib.

Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail 24.125 əmsalla 25-ci yerdədir. 23-cü sırada Ukrayna (24.837) yer alıb.

UEFA reytinqində İngiltərə (106.463) birinci pillədə qərarlaşıb.