Hadisə ölkənin Naqaon şəhərində baş verib
Ölkə rəsmiləri oktyabrın 18-də Assamın Lutumari bölgəsində keçirilən boşaldılma əməliyyatı zamanı meşə ərazisini qanunsuz zəbt etmə iddiasını əsas gətirərək təxminən 500 müsəlman ailənin evini daxıdıblar. Bir məscid də daxil olmaqla çoxlu sayda dini məkan da sökülüb. Ailələr 1970-ci illərdə hökumət tərəfindən bu torpaqlara yerləşdirildiklərini bildirərək bu iddialara etiraz ediblər.