Azərbaycan XİN İordaniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniyaya başsağlığı verib.

Bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Kərak şəhərində kilsəyə edilən silahlı hücumla əlaqədar İordaniya Haşimilər Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, ibadət yerlərinə qarşı zorakılığı və mülki şəxsləri hədəf alan hücumları qətiyyətlə pisləyirik.

İordaniya ilə həmrəyliyimizi ifadə edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən İordaniyanın Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücum baş verib. Nəticədə 6 nəfər ölüb, 28 nəfər yaralanıb.

X paylaşımıWe extend our deepest condolences to the Government and people of the Hashemite Kingdom of Jordan following the armed attack on a church in Karak, and condemn the violence against places of worship and attacks targeting civilians. We express our solidarity and heartfelt sympathies with Jordan and the families of the victims, and wish a swift recovery to those injured. @ForeignMinistryx.com/AzerbaijanMFA/status/2113902889336996328