Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhunu bıçaqlayaraq öldürən şəxs deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub.

Moderator.az Oxu.az-a istinadla bildirir ki, bu, Əhmədin ilk cinayəti deyil. Bundan əvvəl də kriminal hadisələrdə onun adı hallanıb.

Qeyd edək ki, A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.

Oxu.az-a istinadən, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.

A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.

Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.

Oxu.az-a istinadla, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.

Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.