Ölüm xəbəri yayılan Kim Çen In Çinə getdi

Şimali Koreya lideri Kim Çen In Çində səfərdədir.

Xarici mətbuata istinadən, o, iki ölkəni birləşdirən yeni açılmış körpüdən keçərək Çinin sərhədindəki Dandonq şəhərinə gedib.

Hökumət mənbələri bildirib ki, Kim Çində Yalu çayı kimi tanınan Amnok çayı üzərindəki körpüdən keçərək Dandonqa səfər edib.

Şimali Koreyanın sərhəd şəhəri Sinuiju ilə Çinin Dandonq şəhərini birləşdirən körpü, 12 illik tamamlanmasından sonra oktaybr ayında açılıb.

Qeyd edək ki, bir müddət əvvəl Kim Çen Inın öldüyü və ya komada olduğu barədə xəbərlər yayınlanmışdı.