Çinin Tibet bölgəsində verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46-ya yüksəlib. Onlardan 11-nin vəziyyəti ağırdır.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bundan əvvəl oktyabrın 22-də baş verən 7 bal gücündə zəlzələ nəticəsində 16 nəfərin öldüyü, 35 nəfərin yüngül xəsarət aldığı açıqlanmışdı.
Hadisə nəticəsində təxminən 340 ev dağılıb və ya zədələnib.
Xilasedicilər hadisə bölgəsində işləyir, zərərin miqyası qiymətləndirilir.