Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Azərbaycanın uğurlu daxili və xarici siyasəti, ölkəmizin tərəqqisi və inkişafı naminə həyata keçirdiyiniz misilsiz xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirir, Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Ölkəmizin parlaq gələcəyi, milli həmrəyliyimiz və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyiniz prioritetlər hər bir vətəndaş kimi məndə də böyük qürur və iftixar hissi yaradır.

Sizə möhkəm cansağlığı, uzun ömür və qüdrətli Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni böyük nailiyyətlər arzulayıram.

Tanrı Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Ayxan Babayev

Azərbaycan Respublikası, Gəncə şəhəri.