Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti 48 əcnəbini deportasiya edib.

Bu barədə müvafiq ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, kompleks tədbirlər nəticəsində Gürcüstanda qanunsuz yaşayan 48 xarici vətəndaş saxlanılıb. Onların arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları da var.

Hazırda saxlanılanlar Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində saxlanılır. Onların Gürcüstandan çıxarılması üçün müvafiq prosedurlar həyata keçirilir.