Çinin Tibet Muxtar Rayonunda baş verən 7 maqnitudalı zəlzələ nəticəsində 65 nəfər xəsarət alıb, 16 nəfər isə ölüb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
Zəlzələ zamanı 300 ev dağılıb.
Hadisə yerinə 300-dən çox polis əməkdaşı cəlb edilib, regional yanğın-xilasetmə bölməsi isə zərər çəkmiş rayonlara 347 nəfər səfərbər edib.