Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə “Zirə” “Sumqayıt”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:00-da start götürəcək.
Azərbaycan Premyer Liqası
IX tur
23 oktyabr
15:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksi
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının IX turuna oktyabrın 25-də yekun vurulacaq.