Ukrayna təyyarəsi Yaponiya hava limanında yandı – FOTO/VİDEO

Ukraynaya məxsus An-124 yük təyyarəsi Yaponiyanın Çubu Sentrair Beynəlxalq Hava Limanında eniş zamanı alovlanıb.

Bu barədə Yaponiyanın NHK teleradio şirkəti məlumat yayıb.

Hadisə oktyabrın 22-də baş verib. “Ruslan” adlı təyyarədə eniş zamanı yanğın baş verib.

Hava hərəkəti dispetçerləri yanğın əlamətlərini vaxtında hiss ediblər və bundan sonra təcili yardım xidmətləri yanğını tez bir zamanda söndürüblər. Təyyarə öz gücü ilə perrona qədər hərəkət edə bilib.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Təcili vəziyyətə görə, hava limanının uçuş-enmə zolağı yoxlama üçün müvəqqəti olaraq 15 dəqiqəlik bağlanıb. Yoxlamadan sonra hava limanı normal fəaliyyətə qayıdıb.