Məsut Özil ruslarla bağlı FİFA-ya müraciət etdi

Almaniya millisinin keçmiş futbolçusu Məsut Özil Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını (FİFA) Rusiyanı rəsmi oyunlara qaytarmağa çağırıb.

Onun sözləri Türkiyənin "İstanbul Başakşehir" klubunun sosial media səhifəsində dərc olunub.

"Hazırkı vəziyyətdə FİFA İsrail komandalarına qarşı sanksiyalar tətbiq etməyib, Rusiya komandalarına isə bu cür sanksiyalar tətbiq edilib. FİFA-ya müraciət etmək istərdim: ümid edirəm ki, onlar ikili standartlar siyasətindən əl çəkəcəklər və hər kəsə bərabər yanaşacaqlar", - Özil bildirib.