Parisdə komendant saatı tətbiq edildi

Paris polisi şəhərin iki rayonunda oktyabrın 22-dən 25-dək komendant saatı tətbiq edib.

Qərara əsasən, Respublika meydanı və Le-Al məhəlləsində həm yetkinlik yaşına çatmış, həm də azyaşlı şəxslərin hər gün saat 23:00-dan səhər 06:00-dək küçələrdə olması qadağan edilib.

Qeyd edək ki, Fransada bir müddət öncə başlayan aksiyalar sürətlə genişlənib və iğtişaşlara çevrilib.