Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda baş verən 7 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb.
Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış-xilasetmə əməliyyatlarının və zərərçəkənlərə yardımın sürətləndirilməsinə, humanitar yardımın operativ şəkildə bölüşdürülməsinə və insanların təhlükəsiz ərazilərə köçürülməsinin təmin edilməsinə çağırıb.
O, həmçinin seysmik vəziyyətin və hava şəraitinin nəzərə alınmasının, mümkün fəsadların qarşısının alınmasının və zədələnmiş infrastrukturun bərpasının vacibliyini vurğulayıb. Qeyd edək ki, yeraltı təkanlar 16 nəfərin ölümünə səbəb olub.
Çinin Tibet Muxtar Rayonunda 7 maqnitudalı zəlzələ nəticəsində azı 16 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, rayonun Fövqəladə Halların İdarəetmə Mərkəzi fövqəladə vəziyyətlərə cavab tədbirlərinin ikinci səviyyəsini aktivləşdirib.
Hazırda bölgədə axtarış-xilasetmə işlərinin aparılması, zərərçəkənlərə tibbi yardım göstərilməsi, eləcə də əhalinin təhlükəsiz ərazilərə köçürülməsi və yerləşdirilməsi üçün müvafiq qurumlar arasında koordinasiya işləri görülür.