ABŞ Estoniyaya HİMARS raketləri göndərdi

HİMARS sistemi üçün 70 kilometr mənzilli raketlərin bir partiyası ABŞ-dan Estoniyaya gətirilib.

Bu barədə Estoniyanın müdafiə naziri Martin Herem deyib.

Nazir sursat təchizatının gecikdiyini qeyd edib. Belə ki, ABŞ yazda Yaxın Şərqdəki müharibə səbəbindən təchizatı dayandırmışdı.