Türkiyə ilə Kanada münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib - Ərdoğan

Türkiyə ilə Kanada arasında Azad Ticarət Sazişi üzrə danışıqlara ilin sonuna qədər başlanacaq.

TRT Haber-in məluatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.

Ərdoğanın sözlərinə görə, tərəflər ticarət dövriyyəsini əvvəlcə 5 milyard, daha sonra isə 10 milyard dollara çatdırmağı hədəfləyirlər.

Prezident əlavə edib ki, yenilənmiş Hava Nəqliyyatı Sazişi çərçivəsində Türkiyə ilə Kanada arasında birbaşa uçuşların sayının təxminən iki dəfə artırılması nəzərdə tutulur.