Əməkdar artist Mətanət İskəndərli müğənni İzzət Bağırovun çağırışına cavab verib.
Müğənni həmkarı Firuzə İbadovanın evinə yollanaraq ona baş çəkib. M. İskəndərli sənət dostuna dəstək olmaq məqsədilə bu addımı atdığını bildirib:
“Qəlbindəki imanı, mədəniyyəti, yüksək insanlığı, sadəliyi ilə sevilən sənət adamımızdır. Tezliklə Allah sənə şəfa versin. Sənət dostlarım arasında vəziyyətdən xəbərsiz olanlar var. Bizim borcumuzdur ki, bir-birimizə baş çəkək, ən azı mənəvi dəstək olaq. İnsanı ruhlandıranda sağalır, dərdi azalır.
Telefonlarını da bağlayıb. Küsmə, Allah bizimlədir. Yayılıb ki, guya plastik əməliyyat etdirib. Xeyr, o, ağır əməliyyat keçirib”.