Bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb
Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid hədəfi müəyyənləşib. Bütün yeni binalar üçün elektrik istilik nasoslarının olması ilə bağlı qaydaların müəyyən edilməsi, istilik nasoslarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik istilik nasoslarının quraşdırılmasınn təşviqi də nəzərdə tutulan tədbirlər siyahısındadır.
Ümumilikdə, bütün binalarda 2060-cı ilə qədər elektrikli istilik nasoslarının payının 100%-nə nail olunması təmin edilməlidir.