Yardımlının yeni icra başçısı - 37 yaşlı məmur müavin işləyirdi

Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Yardımlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ayaz əsgərov təxminən bir ay öncə - sentyabrın 15-də vəzifəsindən azad edilib.

Modern.az saytının məlumatına görə, bu təyinatadək Orxan Məmmədov Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavin vəzifəsində işləyib.

O.Məmmədov daha əvvəl Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.

Orxan Məmmədov 2025-ci ilin martında Yasamal Rayon İcra Hakimiyyəti başçısına müavin təyin olunmuşdu.

Onun 37 yaşı var.