Oktyabrın 22-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 119.7 dollar olub.
Medianews.az bildirir ki, bu, dövlət büdcəsində nəzərdə tutulandan 54,7 dollar, faiz hesabı ilə ifadə etdikdə isə 84,15% yuxarı qiymətdir.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb.
“AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58, iyula 75,34, avqusta 101,87, sentyabra 97,61, oktyabra 119,26 dollarla başlayıb.
Neft bazarı fevralın 28-dən bəri İran ətrafında artıb-azalan gərginlik üzündən çalxalanır.
"Azəri Layt" markalı Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.