Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.
Hadisə Külüllü-Kürdımir magistral su xəttinin 31-ci km-də, rayonun Topalhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, diametri 500 mm olan boru partlayıb. Qəza yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 000 sakinini içməli su ilə təmin edir./Report/