Ərdoğanın qalstukundakı detal diqqət çəkdi: Hansı mesajı verdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın taxdığı qalstukdakı detal diqqət çəkib.

"Sondakika"ya istinadən, Ərdoğan AK Partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısına üzərində KAAN döyüş təyyarəsinin təsviri olan qalstukla qatılıb. Qalstukda Türkiyənin milli imkanları hesabına hazırlanan təyyarənin 5 ədəd təsvirindən ibarət naxışlar olduğu görünüb.

Qalstukdakı təyyarə silueti toplantıda iştirak edənlərin və çıxışı ekranlardan izləyənlərin diqqətini çəkib. Bu detal Türkiyənin müdafiə sənayesinə verilən simvolik dəstək mesajı kimi şərh olunub.

Qeyd edək ki, Ərdoğan daha əvvəl də yerli istehsal layihələrini simvolizə edən detallarla ictimaiyyət qarşısına çıxıb.