“Buna heç vaxt olmadığı qədər yaxınıq”

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllinə əvvəlkindən daha yaxın olduqlarını bildirib və bu mərhələdə düşünülməmiş addımlardan çəkinməyin vacibliyini vurğulayıb.

Tramp bu barədə Ağ Evdə jurnalistlərə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffun Sankt-Peterburqda keçirilən görüşünü şərh edərkən bildirib.

“Biz bu həllə doğru irəliləyirik. Hazırda buna heç vaxt olmadığı qədər yaxınıq”, – deyə Tramp qeyd edib.

ABŞ lideri münaqişənin sona yaxınlaşdığı bir vaxtda vəziyyəti korlaya biləcək addımlardan qaçmağın vacib olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 21-də Stiv Uitkoff Sankt-Peterburqda Vladimir Putinlə görüşüb. Tərəflərin Ukrayna müharibəsinin nizamlanması və danışıqların bərpası məsələlərini müzakirə etdiyi bildirilib.