Türkiyədə məşhurlaşmış "Manifest" pop qrupunun təsisçisi və meneceri Tolqa Akış barəsində aparılan istintaq başa çatıb.
Oxu.Az-a istinadən, onun əxlaqsızlıq ittihamı ilə 6 aydan 3 ilədək müddətə azadlıqdan məhrum edilməsi tələb olunub.
Akış barəsində "əxlaqsızlıq", "narkotik maddədən istifadə" və "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" ittihamları üzrə araşdırma aparılıb.