Cəbrayıl rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Teleqraf-a istinadən, Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarına aşıb.
Qəza nəticəsində sürücü E.Rüstəmov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.