Fransanın iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub

Parislə yanaşı, Fransanın digər iri şəhərlərindəki müvəqqəti saxlama kameraları son kütləvi nümayişlərdən sonra tamamilə dolub.

BFMTV telekanalına istinadən, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen bildirib.

"Bütün müvəqqəti saxlama kameraları, yəni saxlanılan şəxslərin məhkəməni gözləyərkən polis nəzarəti altında qaldığı yerlər tamamilə dolub. Analoji vəziyyət Paris, Lill, Marsel, Bordo və Tuluza şəhərlərində də müşahidə olunur", - nazir bildirib.

Darmanenin sözlərinə görə, artıq 917 nəfər barəsində cinayət təqibinə başlanılıb.

Eyni zamanda, Ədliyyə Nazirliyinin rəhbəri öz qurumunun və Fransa Daxili İşlər Nazirliyinin fəaliyyətinin səmərəliliyini yüksək qiymətləndirib.