Ankaradan növbəti hərbi gediş: 4 ölkə arasında "Bədr" sazişi imzalandı

Oktyabrın 21-də Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sahəsində əməkdaşlığı və müdafiə potensialını gücləndirmək məqsədilə saziş imzalayıblar. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Bədr Anlaşma Memorandumu" Dohada imzalanıb.

Nazirlik sazişin iqtisadi əhəmiyyət daşıdığını vurğulayıb. Belə ki, razılaşma hərbi istehsal sahəsində əməkdaşlığın təşviq edilməsini, hərbi potensialın artırılmasını, həmçinin hərbi-texniki təlim, tədqiqat və inkişaf sahələrində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Türkiyə NATO-da ikinci ən böyük orduya malik ölkədir, onun müdafiə sənayesi də güclüdür. ABŞ ilə İran arasındakı gərginlik fonunda Ankara Körfəz ölkələrinə, o cümlədən ərazisində Türkiyənin hərbi bazası yerləşən Qətərə müdafiə imkanlarını gücləndirməkdə yardım edir.

Avqustda Türkiyə nüvə silahına malik Pakistan və Səudiyyə Ərəbistanı ilə qarşılıqlı müdafiə sazişi imzalayıb. Həmin sazişə əsasən, tərəflərdən birinə edilən hücum hamısına edilmiş sayılır.

Ankaranın İndoneziya ilə də xüsusilə müdafiə sənayesi sahəsində sıx əlaqələri var.