Cəbrayıl rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarına aşıb.
Qəza nəticəsində sürücü E.Rüstəmov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.