Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu

Ümummilli lider Heydər Əliyevin mətbuat katibi səlahiyyətli nümayəndəlikdə media məsələləri üzrə məsul şəxs təyin olunub.

Oxu.az-a istinadən, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsinə Qahirə Hüseynova təyin olunub.

Qeyd edək ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O, həmçinin ümummilli lider Heydər Əliyevin mətbuat katibi olub.

Q.Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Həmçinin o, ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.