Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin dəmir yollarının gələcəyi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Ermənistan-Rusiya komissiyasının işinin başa çatmasını gözləməyə çağırıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Mirzoyan bildirib ki, Ermənistan dəmir yollarının, ən azı modernləşdirilməsinə ehtiyac var.
Nazir qeyd edib ki, Rusiya Dəmir Yollarının nümayəndələri ilə mövcud məsələlərə cavab tapılması üçün üç ay ərzində iş aparılması barədə razılıq əldə olunub.