Onlarla İsrail qırıcı təyyarəsi İran sərhədinə doğru hərəkət edib.
Bu barədə "Axios" məlumat yayıb.
İsrail bu addımın düşməni çəkindirməyə yönəlmiş hərbi təlimlər çərçivəsində atıldığını bildirib.
Lakin bəzi amerikalı rəsmilər İsrailin qəsdən İranı İsrail təyyarələrinə atəş açmağa təhrik etməyə çalışdığından şübhələniblər. Bu isə potensial olaraq İrana qarşı zərbələrin yenidən başlanmasına bəraət qazandırmaq üçün istifadə oluna bilərdi.
Bu əməliyyat İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampı İrana qarşı yeni zərbə endirmək imkanını nəzərdən keçirməyə çağırdığı barədə məlumatlardan sonra baş verib./modern