Bəzi insanlar təbiətcə mehriban, səmimi və ünsiyyətcil olurlar.
Astrologiyaya görə, elə bürclər var ki, dostluğa böyük əhəmiyyət verir, ətrafındakı insanlara kömək etməyi sevir və yeni dostlar qazanmaqda çətinlik çəkmirlər.
Əkizlər - ünsiyyətin ustaları
Əkizlər yeni insanlarla tanış olmağı, söhbət etməyi və zarafatlaşmağı sevirlər. Onlar çox vaxt qısa müddətdə yad insanlarla belə yaxın münasibət qura bilirlər. Dost çevrələri geniş olur.
Tərəzi - mehriban və istiqanlı
Tərəzilər münasibətlərdə harmoniya yaratmağa çalışırlar. Qarşılarındakı insanı dinləməyi, mübahisələrdən qaçmağı və hər kəslə dil tapmağı bacarırlar.
Oxatan - şən və səmimi dost
Oxatanlar pozitiv enerjiləri, yumor hissləri və sərbəst xarakterləri ilə seçilirlər. Onlarla vaxt keçirmək əksər hallarda maraqlı olur. Dostlarını macəralara və yeni təcrübələrə həvəsləndirirlər.
Şir - səxavətli və qayğıkeş
Şirlər dostlarına sahib çıxmağı, onları müdafiə etməyi və sevindirməyi xoşlayırlar. Səmimi münasibət qurduqları insanlara qarşı səxavətli ola bilirlər.
Xərçəng - qayğıkeş və ürəyiyumşaq
Xərçənglər dostlarının problemlərinə biganə qalmamaqları ilə tanınırlar. Onlar yaxınlarının dərdini dinləməyə, çətin gündə yanlarında olmağa çalışırlar.
Balıqlar - həssas və anlayışlı
Balıqlar başqalarının hisslərini anlamağa çalışan, mehriban və empatik insanlar kimi təsvir edilirlər. Dostlarının sevincinə də, kədərinə də şərik olurlar.